Komplayens funksiyası aşkar edilmiş pozuntuların araşdırılması üçün öz işlərinə bankın digər struktur bölmə əməkdaşlarını və (və ya) kənar ekspertləri cəlb edə bilər.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.

Komplayens funksiyasının rəhbəri(ləri) ən azı aşağıdakı meyarlara cavab verməlidir:

– bank sektorunda nəzarət funksiyasında ən azı 4 (dörd) illik iş təcrübəsinin olması;

– məqbul və lazımı keyfiyyətlərə malik şəxs olması.