Maddi sübut sayılan mallar və eləcə də qəbz kitabçaları, oğurlanmaqdan və xarab olmaqdan qorunmasına tam təminat verilən anbar və ya otaqlarda dəmir şkaf və ya seyflərdə saxlanılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmənin qərarınadək götürülmüş əmlakın uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”da əksini tapıb.
Həmin mallar saxlanılan dəmir şkaf və ya seyflər, habelə anbar və ya otaqlar iş vaxtından sonra möhürlənib və ya plomblanıb mühafizə üçün təhvil verilməlidir.