Korporativ katib Müşahidə Şurası üzvlərinin bilik və bacarıqlarının artırılması üçün onları lazımi resurslarla təmin edir, o cümlədən təlimlər təşkil edir və peşəkar inkişafına dəstək göstərir (bu tədbirlər Müşahidə Şurası üzvlərinin fəaliyyətinin effektivliyinin artırılması məqsədini daşımalı və onların qiymətləndirmə nəticələri ilə uyğunluq təşkil etməlidir).

Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.

Müşahidə Şurası üzvlərinin vəzifə öhdəliklərini effektiv icra etməsi üçün müstəqil kənar ekspert xidmətinə çıxışı təmin edir.