Sülh nominasiyası üzrə Nobel mükafatı əslən Zəncandan olan, Güney Azərbaycanlı hüquq müdafiəçisi Nərgiz Mühəmmədiyə verilib.
Heftelik.az-ın Nobel Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Norveç Parlament Komitəsi tərəfindən təqdim olunan mükafatın qalibi bu gün açıqlanıb.
O, mükafata İranda qadınların zülmünə qarşı və hamı üçün insan haqları və azadlığının təşviqi istiqamətində apardığı mübarizəyə görə layiq görülüb.
Xatırladaq ki, 2022-ci ildə Nobel Sülh Mükafatı belaruslu insan haqları müdafiəçisi Ales Bialiatski, Rusiyanın “Memorial” hüquq müdafiə təşkilatı və Ukraynanın Vətəndaş Azadlıqları Mərkəzinin rəhbərlərinə təqdim edilib.