Baş risk inzibatçısı aylıq əsasda risk limitlərinin monitorinq nəticələri, habelə bankın risk profili ilə bağlı İdarə Heyətinə hesabat verir.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.

Baş risk inzibatçısı risk iştahası göstəriciləri üzrə kənarlaşmalar baş verdikdə səbəbləri göstərilməklə bu barədə Müşahidə Şurasını və Riskləri İdarəetmə Komitəsini dərhal məlumatlandırır. Pozuntu halında riskin azaldılması və ya risk limitlərinin bazar şəraitinə uyğunlaşdırılması üzrə tədbirlər planını ən geci növbəti ayın monitorinq nəticələri ilə birlikdə Müşahidə Şurasına və Riskləri İdarəetmə Komitəsinə təqdim edir.