“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Heftelik.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda II turda İsveçdə “Hakken”in qonağı olub.

“Ullevi” stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb – 1:0. 70-ci dəqiqədə Juninyo Olavio Yassin Benzianın ötürməsindən sonra topu qapıdan keçirib.

İlk turda Bakıda “Molde”ni 1:0 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi xallarının sayını 6-ya çatdırıb.

H qrupunun digər görüşündə Almaniyanın “Bayer 04” komandası Norveçdə “Molde”yə qalib gəlib – 2:0. Altı xala malik olan Leverkuzen klubu qolların nisbətində “Qarabağ”ı üstələyir və liderliyini davam etdirir. “Molde” və “Hakken”in isə xalı yoxdur.