Bankda onun əməliyyatlarının növünə, həcminə, fəaliyyətinin xüsusiyyətlərinə və mühitinə, mürəkkəbliyinə və üzləşdiyi risklərə uyğun olan risklərin idarə edilməsi sistemi yaradılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.

Risklərin idarə edilməsi sistemi özündə 3 (üç) müdafiə xəttini birləşdirir:

– birinci müdafiə xətti: fəaliyyətləri banka birbaşa risklər yaradan və məhsul, xidmət, fəaliyyət, proses və sistemlər üzrə risklərin ilkin mərhələdə müəyyənləşdirilməsi, qiymətləndirilməsi, idarə edilməsi, hesabatlığı və monitorinqinə məsul struktur bölmələr, o cümlədən bankın filial və şöbələri daxildir;

– ikinci müdafiə xətti: bankda risklərin idarə edilməsi və komplayens funksiyalarını həyata keçirən struktur bölmələr daxildir;

– üçüncü müdafiə xətti: birinci və ikinci müdafiə xəttini qiymətləndirmək səlahiyyəti olan bankın daxili audit funksiyasını həyata keçirən struktur bölməsi daxildir.