İsrail HƏMAS-ın nəzarətində olan Qəzza sektorundan raket atəşinə məruz qalıb.

Heftelik.az-ın TASS-a istinadən verdiyi məlumata görə, İsrail Ordusu yüksək döyüş hazırlığına gətirilib.

Bu gün səhər saatlarından etibarən İsrailə raket hücumu davam edir. Nəticədə bir nəfər həlak olub, bir neçə nəfər yaralanıb. Sderotda gedən döyüşdə Cənub Polis Dairəsinin komandiri, general-mayor Amir Koen də yaralanıb.Yerusəlim, Tel-Əviv və Beerşeba da daxil olmaqla bir sıra böyük şəhərlərdə hava həyəcanı siqnalı işə düşüb

Ehtiyatda olan hərbçilər ordu sıralarına çağırılıb.

İsrailin müdafiə naziri Yoav Qallant Qəzza zolağı ətrafında 80 km radiusda yerləşən ərazilərdə fövqəladə vəziyyət elan edib. Bu zonaya Tel-Əviv və Beerşeba kimi böyük şəhərlər daxildir.

Qeyd edək ki, HƏMAS İrana yaxınlığı ilə tanınır.