Bankda idarəetmənin effektivliyini artırmaq və risklərə nəzarəti gücləndirmək məqsədi ilə Müşahidə Şurası tərəfindən Müşahidə Şurasının komitələri (komitə) yaradılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.

Komitələrin tərkibi, funksiya və səlahiyyətləri, qərarların qəbul edilməsi qaydası bu sənədin tələbləri nəzərə alınmaqla onların əsasnamələri ilə müəyyən edilir. Komitələr öz fəaliyyətində İdarə Heyətindən asılı deyil və Müşahidə Şurası qarşısında hesabat verirlər.