Baş risk inzibatçısı bankın fəaliyyətinə aid risklərin növlərini və ölçüsünü göstərən dövri hesabatların etibarlı, şəffaf, kompleks şəkildə və vaxtında hazırlanmasını təmin edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.

Baş risk inzibatçısı risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsi üzrə təklifləri Müşahidə Şurasına və Riskləri İdarəetmə Komitəsinə təqdim edir. Müşahidə Şurası və Riskləri İdarəetmə Komitəsi zəruri hesab etdiyi halda təkliflərə İdarə Heyəti tərəfindən rəy bildirilməsini tələb edə bilər.