Mükafatlandırma siyasətində xüsusi kateqoriyaya aid olan işçilər, habelə xarici bankın yerli filialının rəhbər işçiləri (filialın rəhbəri və onun müavini, habelə bir və ya bir neçə struktur bölməsinə nəzarəti həyata keçirən (kuratorluq edən) əməkdaşı) üzrə dəyişən mükafatın həcmi xalis mənfəətin həcminə və (və ya) bankın digər maliyyə göstəricilərinə nisbətdə müəyyən edildikdə bu göstəricilər kənar auditor tərəfindən təsdiq edilmiş maliyyə hesabatlarına və ya bu Standartlarda nəzərdə tutulmuş hallarda  bankın daxili qaydalarına əsaslanmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.