Risklərin idarəedilməsi sisteminin yaradılmasının təmini, risklərin idarə edilməsi üzrə siyasətin, daxili qaydaların və təşkilati strukturun, habelə risk iştahası bəyannaməsinin, risk limitlərinin və fövqəladə hallar planının təsdiqi, risklərin idarə edilməsi ilə bağlı İdarə Heyətinin işinə nəzarət, risklərin idarə edilməsi sisteminin effektivliyinin ən azı ildə bir dəfə qiymətləndirilməsi Müşahidə Şurası tərəfindən həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.