Zərurət yarandıqda Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi müvafiq təsərrüfat strukturunun anbarında və ya maliyyə xidmətində saxlanılan maddi sübutlar, istintaq hərəkətlərinin və ya inzibati araşdırmanın aparılması üçün təhqiqat və ya istintaq aparan gömrük orqanının vəzifəli şəxsinə verilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmənin qərarınadək götürülmüş əmlakın uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”da əksini tapıb.
Bu zaman əşyaların verilməsi aktla rəsmiləşdirilir.