Bunlar banklarda risk sayılır

09 Oktyabr 2023, 11:00

Risk ehtimal olunan və ya gözlənilməz hadisələrin baş verməsi nəticəsində yaranan xərclərin (zərərin) bankın kapitalına və likvidlik mövqeyinə mənfi təsir göstərməsi ehtimalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.

Risklərin idarə edilməsi sistemi risklərin idarə edilməsi üzrə bu Standartlarla müəyyən edilmiş elementlərdən ibarət sistem, risk limiti bankın hər bir fəaliyyət növü üzrə qəbul edilən riskin maksimal həddi, stress-test bir və ya bir neçə şokun bankın maliyyə vəziyyətinə potensial təsirinin qiymətləndirilməsi alətidir.

Şok bankın fəaliyyətinə potensial təsir edə biləcək, ehtimal olunan və ölçülə bilən hadisədir.