Elektron qaydada məhkəmə icraatı, həmçinin məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmələrdə aparılan icraat bu Məcəllə ilə müəyyən edilmiş prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə aparılır.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Cinayət prosesini həyata keçirən digər orqanların informasiya sistemləri prosessual sənədlərin və digər materialların bu Məcəllə ilə müəyyən edilmiş prosessual qaydalara uyğun olaraq məhkəmələrlə elektron qaydada mübadilə edilməsi üçün “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiya olunur.