Azərbaycan Respublikasının vətəndaşlarının könüllü dövlət daktiloskopik və ya genom qeydiyyatı onların müraciətlərinə əsasən yaşadığı və ya olduğu yer üzrə ərazi polis orqanı və ya Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsi (DİN KTİ) tərəfindən aparılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına dair Təlimat”da əksini tapıb.
Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin könüllü dövlət daktiloskopik qeydiyyatı onların müraciətlərinə əsasən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən aparılır.