Korporativ katib səhmdarların ümumi yığıncağının, Müşahidə Şurasının və onun komitələrinin iclaslarının çağırılması və keçirilməsini təmin edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Həmin iclasların gündəliyini tərtib edir, iclasdan əvvəl onları yenilənmiş məlumatlarla və digər zəruri resurslarla təmin edir;
Korporativ katib həm də Müşahidə Şurasının və onun komitələrinin fəaliyyətinin effektiv təmini üçün zəruri olan siyasət və prosedurların hazırlanmasına dəstək verir.