Hüquqpozmanın bilavasitə predmeti olan və gömrük orqanları tərəfindən müvafiq olaraq götürülmüş mallar sahibinə və ya onun səlahiyyətli nümayəndəsinə, məhkəmənin və ya müvafiq səlahiyyətli orqanın qüvvəyə minmiş qərarı əsasında əmlakın təhvil verilməsi barədə qaimə-fakturaya imza etdirilməklə qaytarılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmənin qərarınadək götürülmüş əmlakın uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”da əksini tapıb.

Malların qaytarılması barədə uçot kitabında qeydiyyat aparılır.