Müğənni Samirə Əfəndi ailəsi və meneceri ilə birlikdə İsraili tərk edə bilib.

Heftelik.az-ın məlumatına görə, müğənni bu barədə sosial mediada paylaşım edib.

Samirə Əfəndi hava limanından foto paylaşaraq Tel-Avivdən İstanbula uçduğunu yazıb.

Xatırladaq ki, İsraildə konsert proqramı ilə çıxış edən Avroviziya təmsilçimiz və ailəsi HƏMAS-ın İsrailə raket zərbələri endirməsindən sonra sığınacağa yerləşdirilmişdi.