Qeydiyyat kartotekası dövlət daktiloskopik və genom qeydiyyatından keçirilmiş şəxsə dair məlumatların qeydiyyat kartlarına əsasən formalaşır.

Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına dair Təlimat”da əksini tapıb.

daktiloskopik məlumat bankı dövlət daktiloskopik qeydiyyatından keçirilmiş şəxsə və ya naməlum meyitə dair tərtib olunmuş daktiloskopik xəritələrin elektron formatda məcmusundan formalaşır. DNT məlumat bankı dövlət genom qeydiyyatından keçirilmiş şəxslərdən və ya naməlum meyitdən götürülmüş bioloji materialın DNT analizi nəticəsində əldə olunmuş DNT profillərinin elektron formatda məcmusundan formalaşır.