Maddi sübutlar güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddə və qurğular, odlu silahlar və onların sursatları, o cümlədən insan həyatı üçün təhlükə yarada biləcək bu kimi qəbildən olan əşyalar ekspert rəyindən sonra məhkəmənin qanuni qüvvəyə minmiş qərarınadək qanunvericiliklə tələb olunan xüsusi müəyyənləşdirilmiş yerdə saxlanılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmənin qərarınadək götürülmüş əmlakın uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”da əksini tapıb.
Zəruri hallarda bu cür əşyalar xüsusi dövlət təşkilatlarına təhvil verilə bilər.