Audit bölməsi audit hesabatı ilə bağlı İdarə Heyəti tərəfindən görülən tədbirlərin nəticələrini izləyir və ildə azı iki dəfə tövsiyələrin icra vəziyyəti barədə Audit Komitəsinə və Müşahidə Şurasına hesabat verir.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Bankın daxili audit funksiyasının effektivliyi ildə bir dəfədən az olmayaraq Audit Komitəsi, iki ildə bir dəfədən az olmayaraq isə kənar audit tərəfindən qiymətləndirilir. Son üç kənar audit qiymətləndirilməsinin nəticələri qənaətbəxş olduqda daxili audit funksiyasının effektivliyi beş ildə bir dəfədən az olmayaraq həyata keçirilə bilər.