Strateji baxış bankın bazar mövqeyinin möhkəmləndirilməsinə və dəyərinin artırılmasına hədəflənən uzunmüddətli fəaliyyət hədəfidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.

Missiya bəyanatı strateji baxışın əsas prinsiplərinin qısa icmalı, strateji plan bankın strateji baxışını aydın müəyyən edilmiş, ölçülə bilən məqsədlərə çevirən, razılaşdırılmış tədbirlərlə əlaqələndirən dövri plan, fidusiar vəzifələr bankın cari və gələcək maraqlarının qorunmasına yönəldilmiş vəzifələrdir.