Mal sahibi və ya onun səlahiyyətli nümayəndəsi malların sahibinə qaytarılması barədə məhkəmənin və ya müvafiq səlahiyyətli orqanın qanuni qüvvəyə minmiş qərarından ötən 10 il müddətində həmin malların qaytarılması barədə aidiyyəti üzrə müraciət etməzsə, malların dövlət mülkiyyətinə keçirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbirlər görülür.

Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmənin qərarınadək götürülmüş əmlakın uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”da əksini tapıb.