Baş risk inzibatçısı vəzifəsindən azad edildiyi halda, bank bu qərarı barədə məlumatı (işdən azad edilmənin səbəbləri və bu vəzifənin yeni icraçısı barədə məlumatlarla birlikdə) qərarın qəbul edildiyi gündən sonra 5 (beş) iş günü ərzində Mərkəzi Banka təqdim etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Baş risk inzibatçısı İdarə Heyətinin iştirakı olmadan, Müşahidə Şurası, Risklərin İdarəetmə Komitəsi və ya Müşahidə Şurasının müstəqil üzvü ilə görüş keçirə bilər.