Bank daxili audit funksiyasının kənar audit tərəfindən qiymətləndirilməsinin nəticələrini və aşkarlanan nöqsanların aradan qaldırılmasına dair tədbirlər planını yoxlama nəticələri əldə edildikdən sonra 10 (on) iş günü ərzində, daxili audit planının icrasına dair hesabatı isə yarımillik əsasda, hər yarım il başa çatdıqdan sonrakı 10 (on) iş günü ərzində Mərkəzi Banka təqdim edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.