Dövlət daktiloskopik və genom qeydiyyatından keçirilən şəxslərə, həmçinin naməlum meyitlərə münasibətdə qeydiyyat kartları təhqiqat və ya ibtidai istintaqı həyata keçirən orqanların, Xarici İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti və ya ərazi polis orqanının əməkdaşı tərəfindən tərtib edilir və Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinə təqdim olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına dair Təlimat”da əksini tapıb.
Tərtib edilən qeydiyyat kartında aşağıdakı məlumatlar qeyd olunur:
– dövlət daktiloskopik və ya genom qeydiyyatından keçmiş şəxsin fərdi identifikasiya nömrəsi (FİN), soyadı, adı, atasının adı, vətəndaşlığı, cinsi, doğulduğu yer və tarix, şəxsin yaşadığı və ya olduğu yer üzrə qeydiyyatı, bu Təlimatın 6.1.4-cü yarımbəndində qeyd olunan şəxslərə münasibətdə, həmçinin fəaliyyət sahəsi haqqında məlumatlar;
– dövlət daktiloskopik və ya genom qeydiyyatının aparılmasının əsası və tarixi;
– məlumatı hazırlamış orqanın adı.