Mallar, pul və digər qiymətlilər anbarda və ya maliyyə xidmətinin xüsusi müəyyənləşdirilmiş otağında məhkəmə və ya müvafiq səlahiyyətli orqanın, həmin malların taleyinin qanunamüvafiq qaydada həll edilməsi barədə qərarının qanuni qüvvəyə minməsinə qədər saxlanılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmənin qərarınadək götürülmüş əmlakın uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”da əksini tapıb.
Əgər məhkəmənin qərarında bu mallar haqqında heç bir məlumat olmazsa, dərhal qərar çıxaran məhkəmə və ya istintaq (təhqiqat) orqanı qarşısında bu barədə vəsatət qaldırılmalıdır.