Qeydiyyata eyni şəxs barəsində ayrı-ayrı məzmunlu 2 (iki) və daha artıq qeydiyyat kartı daxil olduqda, onlar birgə saxlanılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına dair Təlimat”da əksini tapıb.

Daktiloskopik və genetik məlumatların uçotu qeydiyyat kartının arxa tərəfində qeyd olunan və elektron kartotekaya daxil edilmiş məlumatlar əsasında aparılır.

Qeydiyyat sənədlərinin kartotekaya nə vaxt və kim tərəfindən daxil edilməsi, həmçinin nə vaxt və kim tərəfindən dəyişiklik edilməsi qeyd olunur.