HƏMAS-ın hücumları nəticəsində İsraildə 4 Azərbaycan (yəhudi) əsilli şəxs həlak olub.

Heftelik.az-ın xəbərinə görə, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

Onlardan yalnız birinin – Elkin Nəzərovun ikili vətəndaşlığı (İsrail/Azərbaycan) olub.

Digər üç nəfər Şamil Abbasov, Emin Axundov və Roman Qandel isə İsrail vətəndaşlarıdır.