İdarə Heyəti bankın idarə olunmasını və fəaliyyətinin həyata keçirilməsini, maliyyə nəzarəti sisteminin maliyyə idarəetməsi və hesabatlılıq tələblərinə uyğun olmasını, bankın büdcəsinin yerinə yetirilməsini, qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət orqanlarına (qurumlarına) hesabatların təqdim edilməsini və onların dürüstlüyünü təmin edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.
İdarə Heyəti bankın strateji baxışı və missiya bəyanatının layihələrini, strateji baxış və missiya bəyanatı əsasında strateji planı hazırlayır və təsdiq olunmuş strateji planın icra olunmasını təmin edir.