Qeydiyyatlar üzrə verilmiş məlumatın yoxlanılan şəxsə aid olub-olmaması barədə hüquq-mühafizə orqanlarının və məhkəmələrin, eləcə də vətəndaşların müraciətləri əsasında DİN KTİ tərəfindən araşdırma aparılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına dair Təlimat”da əksini tapıb.

Qeydiyyatda olan məlumatların digər yolla araşdırılması mümkün olmadıqda həmin şəxsin yazılı müraciəti əsasında Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsində (DİN KTİ) əl əksləri çıxarılır, bioloji material götürülür, kartoteka və banklarda olan məlumatlarla müqayisə edilərək nəticəsi barədə 30 (otuz) gün müddətində cavab verilir.