Milli operator bunları təmin edir

11 Oktyabr 2023, 12:30

Milli operator Azərbaycan Respublikasının bütün ərazisində universal poçt rabitəsi xidmətlərinin göstərilməsini təmin edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.

Universal poçt rabitəsi xidmətlərinə aşağıdakılar aid edilir:

– çəkisi 2 kq-a qədər olan daxili və beynəlxalq məktub, banderol və kiçik paketlər (sadə və sifarişli);

– çəkisi 10 kq-a qədər olan daxili və beynəlxalq adi poçt bağlamaları.