Qəzza zolağında ölənlərin sayı 1000 nəfəri ötüb.
Heftelik.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
İsrail Müdafiə Qüvvələrinin hücumu nəticəsində ölənlərin sayı 1055, xəsarət alanların sayı isə 5184 nəfərə yüksəlib.
Qeyd edək ki, 7 oktyabrda səhər saatlarından etibarən Qəzza zolağından İsrailin cənub və mərkəzi bölgələrinə raket zərbələri endirilib. HAMAS döyüşçüləri yük maşınları və paraplanlarla Qəzza zolağından İsrail ərazisinə daxil olublar.
Buna cavab olaraq İsrail ordusu “Dəmir Qılınclar” hərbi əməliyyatına başladığını elan edib və bunun ardınca ölkə rəhbərliyi müharibə vəziyyətini rəsmən bəyan edib.