Qanunsuz dövriyyədən götürülmüş narkotik vasitələr və psixotrop maddələr, gömrük işi sahəsində törədilən cinayətlərin təhqiqat və ya istintaqını aparan vəzifəli şəxslər tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qərarınadək xüsusi təchiz olunmuş yerlərdə müvəqqəti olaraq ciddi nəzarət altında saxlanılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmənin qərarınadək götürülmüş əmlakın uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”da əksini tapıb.