Qohumluq əlaqələrinin qiymətləndirilməsi məqsədilə şəxsin (şəxslərin) müraciəti (9 nömrəli əlavə) əsasında könüllü dövlət genom qeydiyyatının aparılması və DNT profillərinin müqayisəli genetik tədqiqatı Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsi (DİN KTİ) tərəfindən aparılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına dair Təlimat”da əksini tapıb.

Könüllü dövlət daktiloskopik və dövlət genom qeydiyyatı, həmçinin könüllü dövlət genom qeydiyyatı əsasında qohumluq əlaqələrinin qiymətləndirilməsi üzrə müqayisəli genetik tədqiqat aparılarkən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş miqdarda rüsum tutulur.