Risklərin idarə edilməsi siyasəti ən azı risklərin idarə edilməsi işinin təşkilini, o cümlədən səlahiyyətlərin bölgüsünü, bankın fəaliyyət növləri, biznes prosesləri və informasiya sistemləri üzrə risklərin idarə edilməsi prosesini, habelə yeni fəaliyyət növləri və sistemlərin tətbiq edilməsinə bankın risk yanaşmasını əhatə edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Risklərin idarə edilməsi siyasətinə ən azı ildə bir dəfə yenidən baxılır və tələb olunduqda müvafiq dəyişikliklər edilir.