Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov 11 oktyabr 2023-cü il tarixdə rayonun Bağban kəndində səyyar qəbul keçirib.
Heftelik.az-ın məlumatına görə, səyyar qəbulda Boyat və Bağban kənd sakinlərinin problemləri dinlənilərək bir sıra məsələlər yerindəcə həll olunmuş, vaxt tələb edən digər məsələlərin həlli isə əlaqədar vəzifəli şəxslərə tapşırılıb.
Səyyar qəbulda rayonun aidiyyatı təşkilatlarının rəhbərləri də iştirak edib.