Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 347,6 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,5 faiz artıb.

Dövlət Statistika Komitəsindən Heftelik.az-a verilən məlumata görə, neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 57,7%, neft koksunun istehsalı 27,4%, qazoylların (dizel yanacağının) istehsalı 20%, avtomobil benzininin istehsalı 19,1% artıb, neft bitumen istehsalı 30,7%, mazut istehsalı isə 92,4% azalıb.

Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

Azərbaycanda neft məhsullarının istehsalı dinamikası:

 

 

Məhsul növləri

2023-cü ilin yanvar- sentyabr aylarında

istehsal edilmişdir

Əvvəlki ilin müvafiq dövrünə

nisbətən, faizlə

01.10.2023-cü

il vəziyyətinə hazır məhsul ehtiyatı

Avtomobil benzini, min ton1079,9119,143,2
Ağ neft, min ton440,1107,542,3
Qazoyllar (dizel yanacağı), min ton 

1734,2

 

120,0

 

95,8

Mazut, min ton5,27,62,1
Sürtkü yağları, min ton44,8157,74,1
Maye qazlar, min ton179,0104,62,7
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları,

min ton

 

 

827,8

 

 

80,4

 

 

14,3

ondan:
neft bitumu, min ton197,969,36,6
neft koksu, min ton176,0127,47,4