Sabahdan “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı-Sumqayıt-Bakı “Ekspres” qatarı fəaliyyətə başlayır.
“Azərbaycan Dəmir Yolları” QSC-dən Heftelik.az-a verilən məlumata görə, məqsəd sərnişin sıxlığını azaltmaqdır.
“Ekspres” qatarı heç bir stansiyada dayanmadan birbaşa hərəkət edəcək.
Qatar iş günləri Bakıdan Sumqayıta saat 06:50-də və 18:05-də, Sumqayıtdan Bakıya isə saat 07:45-də və 20:05-də hərəkət edəcək.