Bankın İdarə Heyəti  azı yarım ildə bir dəfə strateji planın icrasını təhlil edir və nəticələri barədə Müşahidə Şurasına hesabat verir.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.

Həmçinin Bankın İdarə Heyəti  strateji plana hər il başa çatdıqdan sonra ötən ilin nəticələri əsasında yenidən baxır və tələb olunduqda düzəlişlər edilməsi barədə Müşahidə Şurasına təkliflər verir, illik maliyyə hesabatlarının məlumat istifadəçilərinə vaxtında açıqlanmasını təmin edir.