Bankda korporativ idarəetmənin tətbiqi Müşahidə Şurası tərəfindən təmin olunur.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.

İdarə Heyəti Müşahidə Şurası tərəfindən təsdiqlənmiş strategiya və siyasətlərin effektiv icrasını təmin etməlidir.

Bank əsas fəaliyyət istiqamətlərini, səlahiyyət bölgüsünü, risklərin effektiv idarə edilməsini, adekvat daxili nəzarət sistemini , o cümlədən uçot prosedurlarını, effektiv informasiya  sistemlərini  ehtiva edən və effektiv mükafatlandırma siyasətinə əsaslanan idarəetmə və təşkilati struktura malik olmalıdır. Bankın təşkilati strukturu səhmdarların ümumi yığıncağı və ya səlahiyyət verildiyi halda Müşahidə Şurası tərəfindən təsdiq edilir. Təşkilati struktur bank tərəfindən mütəmadi olaraq nəzərdən keçirilməli və zərurət olduqda yenilənməlidir.