Boru kəmərinin üstü açılmış sahəsinə minimal təsirin təmin edilməsi üçün nələrin edilməli olduğu müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
İş yerinə yetirilən zaman aşağıda göstərilən (qeyd edilən) tədbirləri yerinə yetirmək yolu ilə boru kəmərinin üstü açılmış sahəsinə minimal təsir təmin edilməlidir:
– üstü açılmış sahənin uzunluğu işin yerinə yetirilmə layihəsində göstərilən miqdarı aşmamalıdır;
– hermetik kameranın quraşdırılması zamanı boru kəmərinə cəm yükün təsir qüvvəsi diametrləri Dş 500 mm-ə qədər olan kəmərlər üçün 1500 kq-ı, Dş 500 mm-dən yuxarı olan kəmərlər üçün isə 2500 kq-ı aşmamalıdır.