Baş risk inzibatçısı kreditlərin verilməsi, investisiyalar və yeni məhsullara dair qərarlara etiraz edə bilər (veto qoya bilər).

Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.

Bu halda İdarə Heyəti məsələni baş risk inzibatçısının yazılı əsaslandırması ilə birlikdə 7 (yeddi) iş günü ərzində Riskləri İdarəetmə Komitəsinin və daha sonra Müşahidə Şurasının, yaxud birbaşa Müşahidə Şurasının müzakirəsinə çıxara bilər. Müşahidə Şurası məsələ ilə bağlı növbəti 15 (on beş) iş günü müddətində qərar qəbul edir və bu müddətdə İdarə Heyəti və bankdaxili komitələrin aidiyyəti məsələlər üzrə qərarlarının icrası dayandırılır.