Bankın bütün fəaliyyət sahələri (kənar xidmətdən istifadə edilməklə icra edilən fəaliyyətlər daxil olmaqla) audit funksiyasının əhatə dairəsinə daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Audit funksiyasının effektivliyinin təmini məqsədilə Müşahidə Şurası audit funksiyasının bütün məlumat bazasına, o cümlədən menecment informasiya sisteminə və bankın əmlakına tam və qeyd-şərtsiz çıxışını, habelə audit funksiyasının tövsiyələri üzrə İdarə Heyəti tərəfindən zamanında və effektiv tədbirlərin görülməsini təmin edir.