Anbara qəbul edilmiş xüsusi saxlanılma şəraiti tələb edən məhdud istifadə müddətli və tez xarab olan ərzaq malları anbara təhvil verildikdən sonra, məhkəmənin və ya müvafiq səlahiyyətli orqanın qərarınadək malları təhvil verən orqanın rəhbərinin qərarı ilə Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi müvafiq təsərrüfat strukturu tərəfindən Qiymətləndirmə komissiyasının iştirakı ilə (müstəqil ekspertlərin cəlb edilməsi şərti ilə) qiymətləndirilə və qanunamüvafiq şəkildə realizə edilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmənin qərarınadək götürülmüş əmlakın uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”da əksini tapıb.
Bu zaman malların satışından əldə olunmuş vəsait məhkəmə və ya müvafiq səlahiyyətli orqanın qərarınadək saxlanmaq üçün 3 bank günündən gec olmayaraq müvafiq kredit təşkilatında xüsusi açılmış depozit hesaba köçürülür.