Daktiloskopik xəritələrin necə tərtib edildiyi məlum olub.

Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına dair Təlimat”da əksini tapıb.

Daktiloskopik xəritələr qeydiyyat kartlarına əlavə olunmaqla aşağıdakı qaydada tərtib edilir:

– Daktiloskopik xəritələr  “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq dövlət daktiloskopik qeydiyyatını aparan orqanlar tərəfindən kağız üzərində xüsusi rəngin köməyi ilə və ya elektron qaydada canlı skanerin köməyi ilə tərtib olunur;

– Əl əksləri çıxarılarkən şəxsin əlləri təmiz və quru olmalıdır. Əllər yoxlanılır, barmaqlarda açıq yara və ya dəri örtüyünün xəstəliyi aşkar olunarsa, əl əkslərinin çıxarılması problem aradan qalxanadək təxirə salınır.