Pozuntunun predmeti olan qiymətli əşyalar icraatı aparan gömrük orqanının vəzifəli şəxslərinin qərarı əsasında dövlət tərəfindən müəyyən edilmiş səlahiyyətli qurumlar tərəfindən ekspertizadan keçirilir və iş üçün əhəmiyyət kəsb etdikdə, maddi sübut kimi tanınır.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmənin qərarınadək götürülmüş əmlakın uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”da əksini tapıb.
Həmin əşyaların çəkisi, növü, əyarı, dəyəri və digər əlamətləri müəyyən edildikdən sonra qablaşdırılaraq möhürlənir (surğuclanır və ya plomblanır).