Bankda qərarların qəbul edilməsi prosesində istifadə edilən, habelə ictimaiyyətə açıqlanan məlumatlar adekvat və hərtərəfli olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Məlumatlar etibarlı, yenilənmiş, əlçatan və ardıcıl olmalıdır. Bankın kommunikasiya kanalları işçi heyətinin bankdaxili normativ sənədləri, o cümlədən mükafatlandırmaya dair siyasət və prosedurları tam anlamasını və ona riayət etməsini, habelə müvafiq informasiyasının aidiyyəti heyətə çatdırılmasını təmin etməlidir. Bank gözlənilməz hadisələrin baş verməsi zamanı məlumat itkisinin qarşısını almaq üçün biznesin bərpa və davamlılığı planına malik olmalıdır.