Hər bir bankda onun risklərin idarə olunması siyasətinə müvafiq olaraq mükafatlandırma siyasəti müəyyən edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Mükafatlandırma siyasəti ən azı aşağıdakı prinsiplər əsasında formalaşdırılır:
– bankın strateji hədəflərə nail olmasına yönəldilməli;
– bankın uzunmüddətli fəaliyyət nəticələrinə və mənfəətliliyinə əsaslanmalı;
– bankın risk iştahasına adekvat olmalı və izafi risk qəbulunu məhdudlaşdırmalı;
– bank tərəfindən üzərinə uzunmüddətli risklərin götürülməsi hesabına qısamüddətli dövrdə gəlir əldə etməsinə təşviq etməməli;
– maraqlar münaqişəsinə yol verməməlidir.